"Nikol Paşinyan hakimiyyətə gələndən bu yana əsas müzakirə mövzularından biri Rusiyanın onu devirmək istəkləri barədə olub. Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı".
"AzPoliitika" xəbər verir ki, bu fikirləri poltoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hazırda rollar dəyişib, bu dəfə Paşinyanı Tehran və Qum devirməyə çalışacaq: "İranın mühafizəkar dairələrinin “Zəngəzur dəhlizi olmamalıdır” tezisinə Ermənistanda Paşinyana müxalif olan qüvvələr dəstək veriblər. Tehran Nikol Paşinyanın Azərbaycanla həm sülh sazişi imzalamağa, həm də dəhlizin açılmasına marağını müşahidə edirlər. Bu, Tehranın və Qumun maraqlarına ziddir".
Ekspert hesab edir ki, İrandakı dairələr Nikol Paşinyanı devirmək üçün Ermənistanın radikal müxalifətilə sıx dialoqa keçə bilər.
"Bəlkə də maliyyə və təlimatların ötürüldüyü proses artıq başlayıb", -E.Şahinoğlu vurğulayıb.
"AzPolitika.info"


Şərhlər