Menu

Netanyahu oktyabrın 7-dən bəri BMT Baş katibinin zənglərinə cavab vermir

12.09.2024, 18:32
Netanyahu oktyabrın 7-dən bəri BMT Baş katibinin zənglərinə cavab vermir

İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimi qəbul etməkdən imtina edir.

APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş “Reuters“ə müsahibəsində bildirib.

O qeyd edib ki, “ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb, çünki Netanyahu onun zənglərinə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.

“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur”, - Quterreş vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol