Menu

Kreml Ərdoğanla razı deyil... - "Bu, aramızda olan fikir ayrılıqları kateqoriyasına aiddir"

13.09.2024, 15:22
Kreml Ərdoğanla razı deyil... - "Bu,  aramızda olan fikir ayrılıqları kateqoriyasına aiddir"

Krımın statusu məsələsi Moskva ilə Ankara arasındakı “anlaşılmazlıqlar” sırasında qalır. Lakin Rusiya öz mövqeyinin düzgünlüyünü “Türk dostlarına aydınlaşdırmaq üçün” hər şeyi edir.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya aid olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Brifinq zamanı Peskov deyib ki, Rusiya Türkiyənin mövqeyinin “düz olmadığını” qarşı tərəfə anlatmaq üçün səylərini davam etdirir: "Bu mövzu türk dostlarımızla aramızda olan fikir ayrılıqları kateqoriyasına aiddir. Biz türk dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi izah etmək üçün məqsədyönlü cəhdlərimizdən əl çəkmirik”.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-09-14 12:40:03

Türkiyə prezidenti səhv sala bilər. SSRİnı azad respublikalara Kreml özü buraxıb! Həmin Siyasi-Hüquqi aktdan sonra RF da daxil, hər hansı dövlətin (respublikanın) digərinə ərazi iddiasını BMT qeyri-qanuni saymalı və təcavüz hallarının qarşısını NATO və diggər resursları tətbiq etməklə, operativ kəskinliklə almalıdır! ƏKS HALDA tükənən Yer üzərində şüursuz-vəhşi-hərbi təcavüzlərə son olmayacaq!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol