Menu

Lavrov Şimali Koreya lideri ilə görüşdü - Nüvə zavodundan ilk fotolar yayıldı

13.09.2024, 16:23
Lavrov Şimali Koreya lideri ilə görüşdü - Nüvə zavodundan ilk fotolar yayıldı

Şimali Koreya hökuməti ilk dəfə Kim Çen Inın ziyarət etdiyi nüvə materialı istehsalı zavodunun təfərrüatlı görüntülərini nümayiş etdirib.

KCNA dövlət xəbər agentliyinin dərc etdiyi hesabata görə, Kim Çen In uranın zənginləşdirilməsi bazasının kabinəsinə baxış keçirib və istehsal prosesinin vəziyyəti haqqında ümumi anlayış əldə edib. Səfər zamanı In dəfələrlə porsesdən məmnun olduğunu ifadə edib və silahlar üçün lazım olan nüvə materiallarının istehsalında yeni irəliləyişlərə ehtiyac olduğunu vurğulayıb.

Şimali Koreyada uranın zənginləşdirilməsi üçün bir neçə obyektin olduğu güman edilir. CNN ilə danışan ekspertlər Kim Çen Inın hansı obyekti ziyarət etdiyini müəyyən edə bilməyiblər, lakin qeyd ediblər ki, bu qədər zangin müəssisəyə ilk dəfədir rast gəliblər. CNN həmsöhbətləri hesab edirlər ki, dərc olunmuş fotoşəkillər KXDR-in nüvəsizləşdirilməsinin qeyri-real olduğunu göstərir.


Sentyabrın 9-da Kim Çen In Şimali Koreyanın yaranmasının 76-cı ildönümü ilə bağlı çıxışında növbəti dəfə ölkənin nüvə arsenalını eksponent olaraq genişləndirəcəyini vəd edib.

Bu gün, sentyabrın 13-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kim Çen Inla görüşüb. Rusiya tərəfi bildirib ki, görüş 2024-cü ilin iyununda imzalanmış ikitərəfli Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsinə mühüm töhfə verəcək. Sazişdə Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin tərəflərdən birinə hücum olacağı təqdirdə dərhal hərbi yardım göstərmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini vəd ediblər.

Şimali Koreya müharibədə Rusiyaya dəstək verdiyini bəyan edən nadir ölkələrdən biridir. Bu ölkə Rusiya ordusunu artilleriya mərmiləri və ehtimal ki, raket sistemləri ilə təmin edir. Buna cavab olaraq Moskvanın BMT Təhlükəsizlik Şurasının sanksiyaları ilə qadağan olunmuş raket proqramında Pxenyana kömək etdiyi iddia edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol