Almaniya heç cür özünün “Taurus” qanadlı raketlərini Ukraynaya vermək istəmir. Ancaq bununla belə, Berlin Ukraynanın Rusiya ərazisinə digər tərəfdaşların təqdim etdiyi silahlarla zərbə endirməsini tam qanuni sayır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın Müdafiə naziri Boris Pistorius Vladimir Putinin Rusiyanın dərinliklərinə endiriləcək zərbələrlə bağlı təhdidlərinə münasibət bildirib.
O, deyib ki, “Rusiyanın dərinliklərinə zərbə endirilməsinə beynəlxalq hüquq icazə verir”. Eyni zamanda o, bunun üçün Ukraynanı həmin silahlarla təmin edən ölkələrin razılığının hələ də lazım olduğunu vurğulayıb.
Pistorius Ukraynaya verilən raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmayan ABŞ və Böyük Britaniyanın mövqeyini qiymətləndirməyə cəsarət etməyib. Əvəzində, Putinin təhdidlərini rədd edib: "Putinin təhdidləri Putinin təhdidləridir, başqa heç nə demək lazım deyil. O, ağlına gələndə təhdid edir, uyğun hesab etdikdə isə yola gətirməyə çalışır…”
“AzPolitika.info”


Şərhlər