“Prezident Putinin dünənki bəyanatı çox önəmlidir. Son dərəcə aydın, birmənalı və şərhə yer qoymur. Biz heç bir şübhəmiz yoxdur ki, bu xəbərdarlıq kimlər üçün nəzərdə tutulubsa, ona da çatıb”.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, müttəfiqlər Ukraynanın Rusiya ərazisini Qərb istehsalı olan uzaqmənzilli raketlərlə vurmasına icazə verərsə, onlar birbaşa Rusiyaya qarşı müharibədə iştirak edəcək. Bunun da nəticə etibarı ilə münaqişənin mahiyyətini və miqyasını dəyişəcəyini vurğulayıb.
“Əgər bu qərar qəbul olunarsa, bu, NATO üzvlərinin, ABŞ və Avropa ölkələrinin Ukrayna müharibəsində birbaşa iştirakından başqa heç nə demək olmayacaq”, - deyən Putin Rusiyanın uyğun qərarlar qəbul etməli olacağını vurğulayıb.
“AzPolitika.info”


Şərhlər