Menu

"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edib

13.09.2024, 23:07
"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edib

Türkiyənin "Qalatasaray" komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Bu transfer "sarı-qırmızılar"a 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın "Frayburq" klubunda çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol