Etibar Əliyev,
Təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru
Mən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar;
Mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar;
Mən istəyirəm ki, bir uşaq belə təhsildən kənarda qalmasın;
Mən istəyirəm ki, uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsun;
Mən istəyirəm ki, çağımızın tələbinə uyğun tərbiyəçi-müəllim hazırlığı üçün proqram qəbul olsun;
Mən istəyirəm ki, uşaqlar məktəbə qayıtsınlar;
Mən istəyirəm ki, şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;
Məm istəyirəm ki, təhsil üçün heç bir əhəmiyyəti olamayan qrant layihələrinə xərclənən (yeyilən) milyonlarla manat vəsait məzmuna və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xərclənsin;
Mən istəyirəm ki, Beynəlxalq Riyaziyyat və İnformatika olimpiadlarından şagirdlərimiz qızıl medal gətirsinlər;
Mən istəyirəm ki, müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər;
Mən istəyirəm ki, müəllim şagirdi döyməsin;
Mən istəyirəm ki, şagirdin əlində telefon yox, kitab olsun;
Mən istəyirəm ki, bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafiya faktoru götürülsün;
Mən istəyirəm ki, məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraqla olmasın;
Mən istəyirəm ki, elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;
Mən istəyirəm ki, məktəb məzunlarının azı 40 faizi peşə məktəblərinə üz tutsunlar;
Mən istəyirəm ki, internat məktəblərində uşaqların payına göz dikilməsin;
Mən istəyirəm ki, valideyn məktəb rəhbərliyi arasındakı qarşıdurma səngisin;
Mən istəyirəm ki, ölkədə azı 20 müasir peşə təhsili məktəbi qurulsun;
Mən istəyirəm ki, bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;
Mən istəyirəm ki, ali məktəb müəllimləri o qədər maraqlı mühazirə oxusunlar ki, kənardan da dinləyicilər mühazirəni dinləməyə meyl etsinlər;
Mən istəyirəm ki, ali məktəb müəllimləri onlayn mühazirə aparsınlar;
Mən istəyirəm ki, ali məktəb müəllimləri yeni biliklərin mənbəyini bilib tələbəyə göstərsinlər;
Mən istəyirəm ki, müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;
Mən istəyirəm ki, müasir kitab mağazalarında ayda azı 10 universitet müəllimi ilə rastlaşım;
Mən istəyirəm ki, mütaliyə edən insanlara açıq olan zəngin universitet kitabxanları olsun;
Mən istəyirəm ki, pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar. Buna borcludular, çünki Dövlət babamın pulu hesabına bu məktəbləri yaradıblar;
Mən istəyirəm ki, universitetlərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;
Mən istəyirəm ki, azı 3 universitetimiz dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsınlar;
Mən istəyirəm ki, tələbələr üçün kiçik də olsa Silikon vadisi yaradılsın;
Mən istəyirəm ki, təhsilə təhsili bilən, onu duyan şəxslər rəhbərlik etsinlər;
Mən istəyirəm ki, Elm və Təhsil Nazirliyi özlərini güclə yaşadan ali məktəblərdən pul qoparmasın;
Mən istəyirəm ki, Elm və Təhsil naziri bir daha müəllimləri və alimləri aşağılamasın...

Şərhlər
İstəmək yaxşı şetdir.Ancaq yaxşı nəticəli şeyləri bu sistemdə istəməkvə yerinə yetirmək isə çooox çətindir
cənab Dadaşev sanki sən bu başıpozuq cəmiyyətdən kənarda qalmısan.Sənin söylədiklərin ensiklopediyada olar.Bu hakimiyyətin məqsədinin nə olduğunu hələ anlamamşsan?Görmürsən ki.polis əhalini qorumaq əvəzinə əhali polisdən qorxur.Belə halda hansı demokratiya,uşaq pulu,asayiş.qanun-qaydadan danışmaq olar.Sanki Allah Azərbaycan türklərini bunlarla cəzalandırmaq üçün bu sistemin yaranmasına,qalmasına imkan verib.Görmürsən ki.bunlar talan.oğurla,ye və xaricə daşı prinsipini yerinə yetirir? Deməli,doyandan sonra köçüb gedəcəklər .
Mən istəyirəm ki, Sizin istəkləriniz tezliklə həyata keçirilsin. Çünki hamının arzu etdiyi istəklərdir
Mənsə istəyirəm ki,bütün idarələrə məmurlar yalnız və yalnız xalqını sevən insanlardan təyin edilsin ki,millət adam kimi yaşaya bilsin nəhayət.Avropadan cürbəcür ştraflar gətirmişiksə maaş və pensiyalar da oralardakı kimi 4000-5000 avro olsun.Uşaq pulu verilsin.Sərhədlər açılsın.Qarabağ boş qalmasın deyə tez bir zamanda bütün qaçqın və köçkünlər Qarabağa köçürülsün,”otpravka”dan pul verib özünü saxlayan olmasın.Ət və balıq ucuzlaşsın.Azad rəqabət mühiti yaradılsın,monopoliya aradan qaldırılsın.Kapitalizm cəmiyyətində rayon və kəndlərdə həyətinin 10-15 yumurtasını,cücə ikən alıb böyütdüyü 5-10 toyuğunu,həyətinin bir-iki yeşik alma-armudunu satdığı üçün polis alıcı quş kimi başının üstünü kəsdirib ştraf etməsin,satışdan dövlətə vergi vermirsən bəhanəsilə.Dövlətin vətəndaşlara verilmək üçün nəzərdə tutulmuş milyardlarını Sosial Müdafiə nazirliyinin hər ilin sonunda niyə dövlətə qaytardığı sirri yaxalarından yapışılıb soruşulsun və səbəb də ictimaiyyətə aşkarca bildirilsin.İstəyirəm,a bala,bunları.İstəyirəm hamı kimi.
Gozel arzulardir hamisi - xususile de repititorsuz Universitete qebul olunmaq ..
Nə bilik.nə təgsil.Azərbaycanda təhsili o günə saldınız ki,uşaqlar məktəbə getmək əvəzinə repititor yanına gedir ki,bəlkə nəsə öyrənə bildi.Dərslikləriniz o günə (yarımçıq)_,müəllimlərinizi seçkilərlə saxtakar etdiniz,imtahanlarınız kompüter fırıldaqları.ballar getdikcə aşağı salınır.universitetdən diplom alanlar işsiz dolaşır.Budurmu sizin millətə verdiyiniz təhsil?Bax buna cavab vermək vacibdir.Yoxsa yalandan gün təyin eib valideyinlərdən pul yığmaq nə vaxtdan təhsildə norma oldu?