Menu

Tramp yenə “Putin” deyir... - “Rusiya ilə münaqişəyə ehtiyacımız yoxdur”

14.09.2024, 11:30
Tramp yenə “Putin” deyir...  - “Rusiya ilə münaqişəyə ehtiyacımız yoxdur”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp hesab edir ki, “ölkəsinin Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur”.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp müvafiq bəyanatla Nevada ştatının Las-Veqas şəhərində çıxış edib.

Tramp amerikalıları növbəti dəfə Demokratlar hakimiyyətdə qalacağı təqdirdə, Rusiya ilə münaqişə baş verə biləcəyilə qorxudub: "Bunun baş verməsinə imkan verməmək məsləhətdir".

Keçmiş prezident əlavə edib ki, “Amerika vətəndaşları Kamala Harrisə səs verməklə Rusiyaya qarşı hərbi münaqişəyə dəstək verəcəklər”.

Bundan əvvəl isə Tramp hazırkı Amerika lideri Co Baydeni Vladimir Putinlə əlaqə saxlamaqdan imtina etdiyinə görə tənqid edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol