Menu

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

14.09.2024, 13:05
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əsir mübadiləsi çərçivəsində əsgər və mülki şəxsin azad edildiyini açıqlayıb.

"AzPolitika" xəbər verir ki, əsir mübadiləsi zamanı ümumilikdə 49 nəfərin ölkəsinə gətirildiyini bildirən Zelenski, “əsir və girovların Rusiyadan azad edilməsini təmin etdiyinə görə bütün komandamıza təşəkkür etmək istərdim",-deyə bildirib.

Zelenski bütün ukraynalı məhbusların öz evlərinə qaytarılmalı olduğunu vurğulayıb.

Əsir mübadiləsi ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol