Menu

Kosovo parlamenti yeni kabineti təsdiqləyib

09.12.2014, 18:56
Kosovo parlamenti yeni kabineti təsdiqləyib

 

Yeni hökumətə Priştinanın keçmiş meri İsa Mustafa rəhbərlik edir.

Onun rəhbərlik etdiyi Demokratik Liqa partiyası dekabrın 8-də getməkdə olan baş nazir Hashim Tachinin Demokrat partiyası ilə koalisiya razılaşması imzalayıb.

Tachi yeni hökumətdə xarici işlər naziri olacaq.

Kosovo 2008-ci ildə müstəqilliyini bəyan etdikdən sonra hökumətə Hashim Tachi rəhbərlik edirdi.

Hazırda Kosovonu 100-dən çox ölkə tanıyır.

Amma Serbiya başda olmaqla Rusiya və bir sıra ölkələr hələlik onun müstəqilliyini tanımırlar.

Kosovo ilə münasibətlərin normallaşması Serbiyanın Avropa Birliyinə qəbul edilməsində əsas şərtlərdən biridir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol