Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Key Starmer arasında görüş baş tutub.
"AzPolitika" "Politico" jurnalına istinadla xəbər verir ki, əsas məsələlərdən biri Ukraynaya Rusiyadakı hərbi hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi idi. Tərəflər yekun qərara gəlməyiblər.
Görüşdən sonra Ağ Evdən verilən mesajda uzaqmənzilli silahlardan bəhs edilməyib. Burada yalnız ABŞ və Böyük Britaniyanın Ukraynanı Rusiyanın təcavüzündən müdafiəsində dəstəklədiklərini bir daha təsdiqlədiyi deyilir.
Danışıqlardan sonra Starmer, "bu, məsələnin konkret bir fürsətdə həll efilməli olan problem olmadığını" qeyd etdi və sentyabrın sonunda BMT Baş Assambleyasının iclasından sonra gələcək inkişafın gözlənilməsinin lazım olduğuna işarə edib. "Biz güclü mövqeyə gəldik", - Starmer vurğulayıb.
Uzun müddətdir müttəfiqlərindən Rusiyadakı hərbi hədəfləri vurmaq üçün uzaqmənzilli raketlər vermələrini xahiş edən Ukrayna Prezidenti Volodimir Zelenski yazıb: “Putin şəhərlərimizi və kəndlərimizi yandırmağa davam edərkən “biz bunun üzərində işləyirik” sözlərini eşitmək çətindir”.
"AxPolitika.info"


Şərhlər
Zelenski hələ də anlamır ki, Qərb və xüsusən də ABŞ onun şoomen zəkasına aludə olub özlərini oda atmazlar. Onda Putin nə edəcək əllərini yanına salıb gözləyəcək.Bu zad hələ də amlamır ki, onda Ukrayna Qərblə Rusiyanın əsil döyüş poliqonuna çevriləcək və bu da Ukraynanın tamamilə yox olmasına gətirib çıxaracaq.