Menu

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

14.09.2024, 14:24
Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.

"Report"un məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.

Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol