Menu

“ABŞ-nin bəyanatının iki səbəbi var...” – Ekspert

14.09.2024, 18:26
“ABŞ-nin bəyanatının iki səbəbi var...” – Ekspert

"ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sözügedən bəyanatı şərh edərkən deyib.

Ekspert səbəbləri belə sıralayıb: "Birincisi, Vaşinqton bununla göstərib ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb. Misal üçün, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanatı yoxdur. Kremlin yeganə mesajı budur ki, “işin içində biz də olmalıyıq”. Vaşinqtonun oxşar iddiası yoxdur”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol