Menu

Azərbaycanın energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək

15.09.2024, 12:20
Azərbaycanın energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.

Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.

İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol