Menu

Sakaryada fabrikada partlayış olub, 20 nəfər yaralanıb

15.09.2024, 16:52
Sakaryada fabrikada partlayış olub, 20 nəfər yaralanıb

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” “Anadolu”ya istinadən bildirib.

“Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol