Sosial şəbəkələrdə sabahdan etibarən internet xidmətindən imtina edənlərin cərimələnəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələnin doğru olub-olmadığını öyrənmək üçün "Aztelekom" MMC-yə müraciət edilib.
Şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, abonent interneti bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Müqavilə ləğv olunduqda isə abonent xidmətdən imtinaya dair cərimə və ya əlavə ödəniş ödəmir. Amma 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyərini ödəməli olur.
"Aztelekom" MMC-dən o da bildirilib ki, yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilər müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər.
Qeyd edək ki, sözügedən avadanlıqların qiymətləri modelindən asılı olaraq 30 manatdan 130 manata qədər dəyişir.


Şərhlər
Əgər o 12 ay içində sürəti artırmaq və ya hərhansı bəhanəylə qiymətləri artırmısınızsa abunəçi avadanlığı geri qaytararaq imtina etmək haqqına sahibdir və avadanlığı qaytardığı üçün də heç bir şey ödəməməlidir.Çünki müqavilə bağlandığında hansı qiymətlə bağlanılıbsa sonradan qiyməti qaldıraraq o şərti pozan abunəçi deyil,siz olmusunuz.Şərtdə yazmısınızmı ki,ola bilər 12 ay içində qiyməti artıraq və abunəçi də bununla razılaşıbmı?Xeyr.Abunəçilər məhkəməyə müraciət etsələr ki,ödnənişsiz verdikləri avadanlığın pulunu çıxmaq üçün sürət bəhanəsilə qiyməti qaldırıblar,nə deyəcəksiniz?Və ya daha pis,deyə bilərlər ki avadanlığı satmaq üçün qəsdən qiymətləri qaldırıblar ki,biz imtina edib avadanlığı qaytaranda desinlər işlənmiş avadanlıq nəyimizə lazımdı,pulunu verin.Aaaa!A balam,qiyməti boş yerdəncə qaldırmayaydınız,abunəçilər də imtina etməyəydilər də.Çörək kombinatına benzinlə işləyən maşınla un daşıyırsınızmı ki,benzin bahalaşdı deyə qiyməti qaldırasınız?Əhaliyə internet avadanlığını satmağın yeni mükəmməl yoludurmu yoxsa bu?Qiyməti qaldır,camaat imtina etsin,sən də de ki onda avadanlığın pulunu ver.Hətta dolların qiyməti qalxsaydı belə manatla qiyməti yeni məzənnəyə uyğunlaşdıraraq qaldırmaq da qeyri-qanunidir,belə ki dövlətin pul vahidi rəsmən manatdır,dollar deyil və müqavilə bitənə qədər dollar nə qədər qalxıb-düşsə də abunəçi müqavilədə aylıq manatla nə qədər ödəyəcəyinə imza atıb razılaşıbsa müqavilə bitənə qədər də o qədər pul ödəməlidir. O kadar net yani.Qanun-qayda başqadır,həsənsoxdu dəyirmanı başqa.
Bəs Aztelekomun müştəri ilə bağladığı müqaviləni birtərəfli pozursa ,ona heç bir cəza düşmür eləmi ?Vallah yeyəsizlikdir....