ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışmanı araşdırır və hadisəni ona sui-qəsd cəhdi kimi qiymətləndirir.

"Report"un məlumatına görə, bu barədə FTB-nin məlumatında deyilir.

Sənədə əsasən, FTB agentləri Florida ştatına, “West Palm Beach”ə gəliblər və keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi kimi görünənlə hadisə ilə bağlı araşdırma aparırlar.

***

ABŞ-nin keçmiş rəhbəri, prezidentliyə namizəd Donald Tramp qolf klubunun yaxınlığında atışmadan sonra Floridadakı iqamətgahına qayıdıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, Tramp təhlükəsiz şəkildə şəxsi iqamətgahına dönüb.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Donald Trampın yerləşdiyi ərazidə atışma barədə ona məlumat verildiyini təsdiqləyib.

Sentyabrın 15-də Trampın olduğu yerin yaxınlığında atışma baş verib. Eyni zamanda, Nümayəndələr Palatasını üzvü Marjori Teylor Qrin bəyan edib ki, Trampa qarşı növbəti sui-qəsd cəhdi də ola bilər. Daha sonra məlum olub ki, Trampın olduğu yerin yaxınlığında atışma Tramp West Palm Beach qolf meydançasından kənarda baş verib. Atışmada iki nəfərin iştirak etdiyi qeyd edilib.

“The New York Post” aydınlaşdırıb ki, atışma Trampa yönəlməyib, hücum edənlər bir-birini nişan alıblar. Atışmada şübhəli bilinən şəxs saxlanılıb.

***

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Hələlik digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Trampın qulağından yaralanıb.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.