Menu

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

16.09.2024, 08:31
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.

“Report” xəbər verir ki, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol