Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün mübarizə aparan keşiş Baqrat Qalstanyan parlamentinin “Hayastan” və “Mənim namusum var” müxalif fraksiyaları ilə görüşlər keçirir.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında deyib.
“Hakimiyyətlə görüş nəzərdə tutulmayıb, amma onlar bu binadadırlar, istəsələr məni görə bilərlər”, - keşiş qeyd edib.
Sentyabrın 12-də Baqrat Qalstanyanın Ermənistanın ikinci və üçüncü prezidentləri, uşaq qatilləri Robert Köçəryan və Serj Sarkisyanla görüşdüyü bildirilir. Görüşlərin təfərrüatları açıqlanmayıb.
Jurnalistlərin “sabiq iki prezidentlə nələri müzakirə etdiniz, Robert Köçəryan və Serj Sarkisyan sizi dəstəkləyəcəklərini deyiblərmi” sualına keşiş belə cavab verib: “Dəstək və ya dəstək olmamaqdan söhbət gedə bilməz, dedim, tək olsam da, bu mübarizəni davam etdirəcəm. Görüş qapalı olduğu üçün təfərrüat vermək səlahiyyətim yoxdur. Problem dəstəkləmək və ya dəstəkləməmək deyil, hədəfimizi hər kəsə təqdim etmək borcumdur”.
Xatırladaq ki. keşiş Baqratın bir ay yarımdan çox davam edən etiraz mitinqləri və yürüşləri İrəvanın Baqramyan-Dəmirçyan çüələrinin kəsişməsində polislə toqquşmalarla başa çatıb.
Hələlik yepiskop hərəkatın gələcək planları haqqında çox şey demir.
Hətta bu gün o, payızda mübarizəni necə davam etdirəcəkləri barədə ətraflı məlumat verməkdən imtina edib.
“Yalnız bir plan var: şəri aradan qaldırmaq”, – Qalstanyan qeyd edib.
“AzPolitika.info”


Şərhlər