Menu

Kurskda məcburi evakuasiya - Əhali sərhəd rayonlarından çıxarılır

16.09.2024, 17:49
Kurskda məcburi evakuasiya - Əhali sərhəd rayonlarından çıxarılır

Kursk vilayətində Ukrayna ilə həmsərhəd Rılsk və Xomutovsk rayonlarının sakinlərinin məcburi təxliyəsi elan edilib.

“AzPolitika” xəbər verir ki, bunu vilayət qubernatoru Aleksey Smirnov deyib.

Onun sözlərinə görə, təxliyə sərhəddən 15 kilometrə qədər məsafədə yerləşən yaşayış məntəqələrini əhatə edəcək: “Qərar əməliyyat məlumatlarına əsaslanaraq, təhlükəsizliyi təmin etmək üçün qəbul edilib”.

Bu arada “Azadlıq” radiosu qeyd edir ki, son vaxtlar Ukrayna qoşunlarının Xomutovsk və Rılsk rayonlarında sərhədi yarmaq cəhdləri barədə məlumat yoxdur. Bununla belə, cənub və cənub-şərqdə yerləşən Kursk vilayətinin Qluşkovo, Sudja və Korenevo rayonlarında aktiv döyüşlər gedir. Orada Ukrayna ordusu avqustun əvvəlindən bir sıra ərazilərə nəzarət edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol