Menu

Almaniya yaxın iki ay ərzində Kiyevə altı “PzH 2000” artilleriya qurğusu tədarük edəcək

17.09.2024, 07:58
Almaniya yaxın iki ay ərzində Kiyevə altı “PzH 2000” artilleriya qurğusu tədarük edəcək

Almaniya hakimiyyətinin Ukraynaya vəd etdiyi 12 “Panzerhaubitze 2000” (PzH 2000) özüyeriyən artilleriya qurğusundan altısı yaxın iki ay ərzində təhvil veriləcək.

APA DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat yayıb.

“Onlardan altısı, məncə, yaxın səkkiz həftə ərzində çatdırılacaq”, - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol