Menu

"ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir" - Miller

17.09.2024, 00:12
"ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir" - Miller

ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq", - o deyib.

Şərhlər

dadaşyev 2024-09-17 00:57:32

Sən niyə bir araya gətirməlisən ki?Qaxıl otur öz xarabanda.Özümüz bir araya gələmmirik ki burnunu oradan bura,Qafqaza da soxursan? Müharibə edənləri bir araya gətirmək istəsəydin İsraillə Həması,Ukraynayla Rusiyanı bir araya gətirərdin.Qırğın oralardadı,Qafqazda qırğın var ki?Sən sülh istəyən ölkəsənmi?Bütün planeti qarışdırmısan. Ukraynaya aşkarca silah verən də sənsən,Rusiyaya çerez ermənistan-iran silah ötürən də.Rusiyaya Ukraynadan xəlvətcə silah ötürmək qarşlığında Zvartnosdan rusların çəkilməyini,ardınca dərhal da amerikan əsgərlərinin orada rusları əvəz etməsini ruslarla ikilikdə razılaşdırmamısanmı?Zəngəzur dəhlizinin açılmasında nə sənin marağın var,nə Rusiyanın.Çünki o dəhliz açılarsa ikinizin də burnunun Qafqaza soxulmağı bəhanəsi bitəcək.Dəhliz açılmasını mümkün qədər uzatmaq,o müddətdə ermənistanı silahlandırıb təzədən Azərbaycanın üstünə salmaqdı ikinizin də xəyalı.O zamana qədər də dəhlizə guya hansınızın nəzarət etməsi barədə didişəcəksiniz ki,dəhlizin niyə açılmamağına bəraət qazandırasınız ikiniz də.Sizi birləşdirən xristian məsələsidir,”ermənistan” deyəndə katolikliyi-protestantlığı-pravoslavlığı unudursunuz.Çünki “ermənistan” kəlməsi “hayastan” demək deyil,”ərminiyyə”dəndir,yəni ər-ruminiyyədən,o isə Bizans deməkdir.Xristianların müqəddəs Bizansı.Siz dünya xristianları, türkləri Bizans torpaqlarından çıxarıb orada Bizansı bərpa etmək üçün ermənistandan başlamaq istəyirsiniz,ona görə əslində Hayastan olmalı olan proyektə hələ yüz il əvvəldən “ermənistan” demisiniz.Min il əvvəl səlcuqluların bizanslıları Anadoludan qovduqları zamanda ki səlib yürüşlərinə başladınız,bacarmadınız deyə min ildir qəlbinizdə sönməz bir türk düşmənçiliyi var. Yalnız Bizansı bərpa etməklə hesab edirsiniz ki soyuyar o düşmənçilik. Başqa heç cür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol