Menu

Ohanyanın kabinetində Paşinyanı devirmək planları – Qalstanyan müxalifətlə nədən danışıb?

17.09.2024, 15:20
Ohanyanın kabinetində Paşinyanı devirmək planları – Qalstanyan müxalifətlə nədən danışıb?

“Ermənistanda etiraz hərəkatının lideri Baqrat Qalstanyan parlament müxalifətinin deputatları ilə sentyabrın 22-də keçiriləcək mitinqin təfərrüatlarını və Baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsini müzakirə edib”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Görüş bir gün əvvəl Ermənistan parlamentində baş tutub. 2 saat davam edən danışıqlar “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın kabinetində gerçəkləşib.

Nəşr qeyd edir ki, parlamentdə onların arasında belə formatda görüş ilk dəfə keçirilib. Bunun təşəbbüskarı Baqrat Qalstanyanın özü olub. Əsas müzakirə mövzusu sentyabrın 22-də keçirilən mitinq və ictimai təzyiq altında Baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsi olub.

Qalstanyan öz gündəliyini təqdim edərək müxalifət hərəkatını davam etdirməyə hazır olduğunu bildirib. O, həm parlamentdə, həm də küçə mübarizəsində fəal olmağı təklif edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol