Menu

“Ukraynanın buna tam hüququ var” – Stoltenberq Rusiya ərazisinə zərbə vurulmasını dəstəklədi

17.09.2024, 15:42
“Ukraynanın buna tam hüququ var” – Stoltenberq Rusiya ərazisinə zərbə vurulmasını dəstəklədi

Ukraynanın özünü müdafiə edə biləcəyi yeganə yol, Rusiyanın dərinliklərinə - rusların demək olar ki, hər gün hücumlar üçün istifadə etdiyi hərbi bazalara, artilleriyaya, raket buraxılış sistemlərinə və aerodromlara zərbələr endirməkdir.

“AzPolitika” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Amerikanın "Foreign Policy" jurnalına müsahibəsində deyib.

Stoltenberq hesab edir ki, Ukraynanın Rusiya ərazisinə zərbə endirməyə tam hüququ var: "Şübhə yoxdur ki, Ukraynanın Rusiya ərazisindəki qanuni hədəflərə zərbə endirmək hüququ var. Biz yadda saxlamalıyıq ki, bu, Rusiyanın qonşusu Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsidir. Bu, Rusiyanın seçdiyi müharibədir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə bu halda təcavüzkar olan Rusiyanın ərazisindəki hədəflərə zərbələr endirməkdən ibarətdir”.

Stoltenberq əlavə edib ki, o, Qərb silahlarının Rusiyaya zərbələr endirilməsi üçün istifadəsinə qoyulan məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol