Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl verdiyi Sərəncamla Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Sevindik Hətəmov təyin edilib.
Qeyd edək ki, Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub.

O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləyib. Rüstəm Xəlilov 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışıb. 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.
R.Xəlilov Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.
O, 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi.

Sevindik Hətəmov isə 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.
1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.
2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Şərhlər
Buna təyinat.azad etmə yox lakirovka deyilirÖlkə .Şahmat taxtasına dönüb.Bəs bu lakirovkaların səbəbi niyə açıqlanmır?Yazıq millət nə qədər aldadılmalı,soyulmalıdır?
Cənab Prezidentdən xahiş edərdik, Pirallahının ada başçısını da nəhayyət də çıxarsın. Artıq bütün fəaliyyətini kif basıbdır. Nəmlikdəndi yəqin.
Goranboyun bascisina toxunan yoxdur. Cay fabrikinin sahibi atasi olmezden evvel berk berk ramiz mehdiyevin sag eline tapsirib yeqin ona gore toxumurlar. Kadr siyaseti sifirdir. Komsomolculari varli yagli tebeqenin xarici olkelerde diplom yox sertifikat sahibi olanlar evez edir. Biabirciliqdir. Vezifeye getirilen hec bir adam tesadufu deyil hamisi arxasi berk olanlardir. Ona gore de hec bir iqtisadi sosial layiheler layiqince tetbiq edile bilmir.