Menu

Bayden sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək

18.09.2024, 09:33
Bayden sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək

ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən belə çıxır ki, Bayden sentyabrın 23-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək.

“Prezident Bayden sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol