Menu

“KTMT Ermənistan üçün təhlükəlidir” - Paşinyandan sensasiyalı bəyanat

18.09.2024, 11:25
“KTMT Ermənistan üçün təhlükəlidir” - Paşinyandan sensasiyalı bəyanat

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın əsas rol aldığı KTMT barədə növbəti kəskin və əvvəlkilərlə müqayisədə daha aqressiv fikirlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, Ümumerməni Forumunda çıxış edən Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaratdığını deyib: "Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradırdı".

Onun dediyinə görə, Ermənistan KTMT ilə münasibətlərdə “dönüşü olmayan nöqtəyə” yaxındır.

Bununla yanaşı, Ermənistanın Baş naziri vurğulayıb ki, İrəvan nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol