Sentyabrın 18-nə keçən gecə Rusiyanın Tver vilayətinin Toropets şəhəri Ukraynanın PUA hücumuna məruz qalıb.
“AzPolitika” xəbər verir ki, Rusiya və Ukrayna KİV-lərinin yazdığına görə, nəticədə böyük partlayış baş verib. Daha sonra sosial şəbəkələrdə hadisəyə dair video yayımlanıb.
PUA-ların silah anbarını vurduğu məlum olub. Vilayətin qubernatoru İqor Rudenya əhalinin qismən təxliyəsi barədə göstəriş verib. Yerli sakinlər qonşu Qərbi Dvina şəhərinə aparılır. Rusiya hakimiyyəti həmişə kimi, partlayışın vurduğu ziyanı etiraf etməyib. Əvəzində, yerli hakimiyyət orqanları yanğının “PUA hissələrinin düşməsi nəticəsində” baş verdiyini bildirib.
Ukrayna tərəfi isə iddia edir ki, Toropets şəhərindəki anbarda ruslar beş növ müxtəlif raketlər saxlayıblar. Bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının işçi orqanı) rəhbəri Andrey Kovalenko yazıb: “Ruslar Tver vilayətinin Toropets şəhərindəki böyük anbarda “Qrad”, S-300 və S-400 raketləri, həmçinin. “İsgəndər” ballistik raketləri və Şimali Koreya “KN-23” raketlərindən ibarət ehtiyat toplamışdı”.
“AzPolitika.info”
У місті Торопець Тверської області Росії атаковано склад із боєприпасами. pic.twitter.com/qTexy2D7t5
— Українська правда (@ukrpravda_news) September 18, 2024


Şərhlər