Menu

Amnesty: "İsrailin Qəzzadakı binalara hücumu müharibə cinayətidir"

09.12.2014, 20:12
Amnesty: "İsrailin Qəzzadakı binalara hücumu müharibə cinayətidir"

Qəzzadakı münaqişənin sön günlərində İsrailin dörd çoxmərtəbəli evə havadan hücum etməsi müharibə cinayətidir, Amnesty International deyir.

İnsan haqları qrupu aşkar edib ki, binalar "qəsdən və hərbi səbəbi olmadan" məhv edilib, onun hesabatında deyilir.

Amnesty müstəqil və bitərəf istintaqın aparılmasına çağırıb.

İsrail deyib ki, hesabatda əsassız ittihamlar yer alıb və Həmasın binalardan hərbi məqsədlərlə istifadə etməsini nəzərə almayıb.

İsrailin Londondakı səfirliyinin bəyanatında deyilir ki, Amnesty Fələstindən İsrail sakinlərinə atılan raketləri araşdırsa bu, daha məqsədə uyğun olar.

Qəzzada İsraillə Həmasın idarə etdiyi silahlı qruplar arasında 50 gün davam edən münaqişədə 2189 fələstinli öldürülmüşdü. Onlardan ən azı 1486 nəfəri dinc əhali idi, BMT deyir. İsrail tərəfindən 67 əsgər və altı mülki şəxs həlak olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol