Menu

Partlayan peycerlər Tayvanda hazırlanıb? – Şirkətdən açıqlama

18.09.2024, 15:09
Partlayan peycerlər Tayvanda hazırlanıb? – Şirkətdən açıqlama

“Tayvanın “Gold Apollo” şirkəti İran yönlü “Hizbullah” qruplaşmasının üzvləri arasında partlayan peycerləri istehsal etməyib”.

“Associated Press” ganetliyinin yaydığı xəbərə görə, bu barədə şirkətin təsisçisi Su Qinqkuanq bildirib.

Onun sözlərinə görə, peycerlər Budapeştdə "Qızıl Apollo" brendindən istifadə hüququ olan başqa bir şirkət tərəfindən istehsal edilib. "Məhsul bizim deyildi. Onun üzərində sadəcə bizim markamız var idi", - Su Qingkuan deyib.

“Reuters” daha əvvəl bildirmişdi ki, peycerlərin şəkillərinin arxa tərəfində Tayvanın “Gold Apollo” şirkətinin peycerlərinə uyğun gələn stikerlər var idi. Çərşənbə günü agentlik Livandakı yüksək səviyyəli təhlükəsizlik mənbəsi də daxil olmaqla özəl mənbələrə istinadən bildirib ki, İsrailin “Mossad” kəşfiyyat agentliyi partlayışlardan aylar əvvəl “Hizbullah” tərəfindən gətirilən 5000 peycerə partlayıcı yerləşdirib.

“Reuters” mənbələrinin məlumatına görə, əməliyyat bir neçə aydır ki, hazırlanıb. Livanlı mənbə iddia edir ki, peycerlər "istehsal mərhələsində" dəyişdirilib və ona kod qəbul edən partlayıcı maddə olan lövhə daxil edilib. Agentliyin həmsöhbəti bildirib ki, bunu hər hansı vasitə ilə aşkar etmək çox çətindir. Mənbənin sözlərinə görə, üç min peycer onlara kodlu mesaj göndərilərkən partlayıb və bu, eyni vaxtda partlayıcıları işə salıb.

Əvvəllər “Hizbullah” sözçüsü peycerlərdə onların qızmasına və sonra partlamasına səbəb ola biləcək virus olduğunu irəli sürmüşdü.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-09-18 21:33:50

Bəli.Amma ABŞ-ın işidir,İsrailin adına çıxıb ki sudan quru çıxsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol