Menu

"İsrail bütün qırmızı xətləri keçib, peycer partlayışları müharibə səbəbidir" - Hizbullah lideri

19.09.2024, 18:40
"İsrail bütün qırmızı xətləri keçib, peycer partlayışları müharibə səbəbidir" - Hizbullah lideri

Hizbullah lideri Həsən Nəsrullah Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciət edib.

APA xəbər verir ki, Hizbullahın Baş katibi Həsən Nəsrullah bu gün günortadan sonra çıxış edərək Livanda dünən və srağagün onlarla əməliyyatçının öldürüldüyü və minlərlə adamın yaralandığını bildirib.

Həsən Nəsrullah bunu terror aktı kimi qiymətləndirib və İsraili ittiham edib.

Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.

O, İsrailin bununla bütün qırmızı xətləri keçdiyini qeyd edib və əlavə edib ki, bu, müharibə səbəbidir.

Şərhlər

dadaşyev 2024-09-20 11:01:06

Oxşamısan qəyyumun Xameneyiyə.İkinizin də boş-boş qırıldatmağınız var.Qırmızı xəttdən başqa heç nə görmürsünüz,elə bil İspaniyadakı korrida öküz yarışlarından qaçan öküzlərsiniz,hər şeyi qırmızı görüb cummaq istəyirsiniz üstünə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol