Menu

Regionda toqquşan və birləşən maraqlar – Azərbaycan və Türkiyənin sabit əməkdaşlıq sistemi var

20.09.2024, 11:50
Regionda toqquşan və birləşən maraqlar – Azərbaycan və Türkiyənin sabit əməkdaşlıq sistemi var

“3+3 formatı coğrafiyaya əsaslandığı üçün obyektivdir. Klassik mənada bunlar regionun üç ölkəsidir: Azərbaycan, Gürcüstan, Ermənistan və üç qonşu: Türkiyə, Rusiya, İrandır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov “Teleqram”-da yazıb

Onun sözlərinə görə, bu konfiqurasiyada hansı üçünün region ölkələri, hansının isə qonşu olduğu aydın deyil.

“Bu ona görə vacibdir ki, yanaşmada müəyyən üstünlük nümayiş etdirir”, - o, əlavə edib.

Ekspert “bu formatda daha önəmlisi nədir: qonşuların və ya regiondakı ölkələrin maraqları?” sualına cavab axtarıb:

“Riyaziyyatın elə bir xüsusiyyəti var ki, istənilən nümunənin həlli olmalıdır. 3+3=6. Ən maraqlısı isə budur. Axı 6-cı nəticəsini bir neçə yolla əldə etmək olar...

Regionda təhlükəsizlik mövzusunda daha bir üçlük formalaşıb: Azərbaycan -Türkiyə - Gürcüstan. Rusiyanın Ermənistanla hərbi-siyasi ittifaq üçün hüquqi bazası olsa da, Rusiya- Ermənistan - İran formatında alternativ üçlük yaratmaq mümkün olmadı. Bəli, Rusiya-Ermənistan dueti özü böhran yaşayır. Yəni, təhlükəsizlik mövzusunda bizim stabil Azərbaycan –Gürcüstan -Türkiyə üçlüyü var, ayrı-ayrılıqda Rusiya ilə Ermənistan arasında formal ittifaq və Ermənistanla İran arasında hüquqi əsası olmayan ittifaq mövcuddur.

Enerji mövzusunda, həmçinin boru kəmərləri üzrə əməkdaşlıq ənənəsi olan sabit Azərbaycan – Gürcüstan -Türkiyə üçlüyü var. Və yenə də iki ikilik: Rusiya-Ermənistan (qaz kəməri) və Ermənistan-İran (qaz kəməri).

Nəqliyyat baxımından sistem daha da parçalanıb.

Azərbaycan – Gürcüstan - Türkiyə BTC-ni yaradıb;

Rusiya - Azərbaycan - İran isə Şimal-Cənub dəhlizini.

Potensial olaraq:

Azərbaycan - Ermənistan - Türkiyə Şərq-Qərb, Azərbaycan – İran -Türkiyə Şərq-Qərb,

Hipotetik olaraq:

Rusiya – Gürcüstan - Ermənistan Şimal-Cənub.

Beləliklə, altılıq maraqlardan, mövzularından asılı olaraq, bəzən bir-biri ilə ziddiyyət təşkil edən maraq qruplarına bölünür. Bununla yanaşı, 3+3 formatının səmərəliliyi üçün region ölkələrinin öz aralarında və regionun qonşuları ilə, eləcədə qonşuların da arasında problemlərin olmaması vacibdir. Bu formatda bu ölçülərin hər birində problemlər var. Regionun qonşuları Suriyada əməkdaşlıq edir və bu, Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üçün əlverişli zəmin yaratdı. Lakin, məsələn, Suriyada regionun qonşuları arasında münasibətlər pisləşərsə, bu, bizim regiona da təsir edəcək”.

“Beləliklə, 3+3 formatının potensialı var, amma reallıq ondan ibarətdir ki, məsələn, Azərbaycanın regional formatda iştirakını davam etdirməsi vacibdir. Bununla belə, Türkiyənin iştirakı ilə sübut edilmiş üçtərəfli formatlara etibar edilir: Gürcüstanla mövcud, İranla potensial, Ermənistanla isə hipotetik formatlasrda”, - o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol