Menu

I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub

20.09.2024, 12:03
I Qarabağ müharibəsində itkin düşən hərbçi Mübariz Məmmədov dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məmmədov Mübariz İlyas oğlu dəfn olunub.

"Report"un xəbər verir ki, şəhid Keşlə qəbiristanlığı Şəhidlər Xiyabanında Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, M.Məmmədov 1966-cı ildə Tovuzda anadan olub. 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları Ağdam rayonun Sırxavənd kəndində aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol