Avropa İttifaqı(Aİ) Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıra bilər. Bu, Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərinə və onun anti-Qərb ritorikasına cavab olacaq.
“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Nəşrin məlumatına görə, gürcülərin vizasız rejimdən məhrum edilməsi perspektivi barədə məlumatı Aİ-nin icra orqanının nümayəndəsi təsdiqləyib. Onun sözlərinə görə, “Gürcü arzusu” partiyası avtoritar kursunu davam etdirərsə, “vizanın liberallaşdırılması sxeminin müvəqqəti dayandırılması da daxil olmaqla” bütün cavab variantlarının tətbiqi mümkündür.
Xatırladaq ki, 2017-ci ildən başlayaraq, Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Aİ ölkələrinə ildə altı aya qədər vizasız səfər edə bilirlər.
“AzPolitika.info”


Şərhlər