Menu

Ukrayna İrana sankiya tətbiq edib

20.09.2024, 15:09
Ukrayna İrana sankiya tətbiq edib

Ukrayna Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Məlumata görə, Ukrayna Rusiya, Çin, BƏƏ və İranda bir neçə nəqliyyat, istehsal və ticarət, habelə tikinti və investisiya şirkətlərinə məhdudiyyətlər qoyub.

Kiyev bu addımın atılmasına səbəb kimi Ukrayna müharibəsində bəzi şirkətlərin iştirakını göstərib.

Qeyd olunub ki, sanksiyalara əsasən, şəxslərin və şirkətlərin müxtəlif sahələrdə müqavilələrinə, ortaq layihə və proqramlarına xitam verilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol