Ukraynadakı müharibədə həlak olan rus hərbçilərinin sayı 70 mini keçib.
“AzPolitika” xəbər verir ki, bu barədə itkiləri adbaad sayan “Mediazona” və BBC Rus Xidməti bildirib. Tədqiqatçılar aydınlaşdırırlar ki, bunlar yalnız müharibədə öldürülən və adları açıq mənbələr vasitəsilə müəyyən edilən hərbçilərdir. İtkilərin real sayı daha çox ola bilər.
2022-ci ilin fevralına qədər öldürülənlərin yarısından çoxunun ordu ilə əlaqəsi yox idi. Ölənlərin təxminən 20 faizi könüllülərdir. Ötən ilin oktyabr ayından könüllülər arasında itkilər artmağa başlayıb. Bu ilin sentyabrından həbsxana və koloniyalaradan cəlb edilmiş şəxslər də daxil olmaqla, digər kateqoriyadan olan müharibə iştirakçılarından daha çox həlak olmağa başlayıblar.
Jurnalistlər son vaxtlar rus döyüşçünün orta portretinin dəyişdiyini qeyd edirlər. 2022-ci ildə BBC tərəfindən ölümü təsdiqlənən hərbçilərin təxminən 21 yaşlı elit bölmələrdə xidmət edən xüsusi təyinatlılar, hava-desant qüvvələri və ya dəniz piyadaları müqaviləli əsgər olduğu halda, bu gün 40-50, bəzən daha yaşlı kişilər daha çox cəbhəyə göndərilir.
BBC və “Mediazona” könüllülər qrupu ilə birlikdə açıq mənbələrdən gələn xəbərlərə diqqət yetirərək ölənləri siyahıya alır. Qeyd olunur ki, bunlar döyüşlərdə ölənlərin 45-60 fazini təşkil edə bilər, xeyli sayda əsgərin cəsədi Ukraynada ölüm yerində basdırıla və ya döyüş meydanında qala bilər. Jurnalistlər belə hesablamaları nəzərə alaraq hesab edirlər ki, Rusiya tərəfində döyüşdə həlak olanların sayı 107 864-dən 155 804-ə qədər ola bilər.
Bu həftənin əvvəlində “Wall Street Journal” Amerika kəşfiyyat mənbələrinə istinadən Rusiya tərəfində ölənlərin sayının 200 min nəfər olduğunu bildirib. Nəşr Ukraynanın itkilərini 80 min nəfərə yaxın hesab edir.
Rusiya və Ukrayna müharibədə itkiləri açıqlamır. Sonuncu dəfə 2022-ci ilin sentyabrında dəqiq Rusiya rəsmi təxminləri verilmişdi, o zaman müdafiə naziri Sergey Şoyqu 5937 əsgərin öldüyünü açıqlamışdı. Ukraynada son rəsmi hesablama fevral ayında verilib. Prezident Vladimir Zelenski 31 min nəfərin öldüyünü elan etmişdi.
“AzPolitika.info”


Şərhlər