Menu

Livandakı partlayışlarda minə yaxın insanın həlak olduğu deyilir - İDDİA

21.09.2024, 14:00
Livandakı partlayışlarda minə yaxın insanın həlak olduğu deyilir - İDDİA

Livanda peycer və simsiz rabitə cihazlarının partlaması nəticəsində ümumilikdə 879 nəfər həlak olub, onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.

"AzPolitika" xəbər verir ki, bu, Hizbullahın hazırladığı daxili sənədlərin İsrailin hərbi kəşfiyyatı tərəfindən ələ keçirilməsindən sonra məlum olub.Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xostopənah Livanda baş verən partlayışlarda bir neçə iranlının öldüyü və yaralandığını bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda, rəsmi məlumata görə, azı 32 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol