Menu

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

21.09.2024, 18:38
VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.

“Report”un xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.

VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Şərhlər

Samir 2024-09-22 21:04:38

Bu adam vaxtilə rəhmətlik Heydər Əliyevə Ali Sovetin iclaslarında söz belə vermirdi, çıxış edəndə isə sözünü kəsirdi. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra bu adamdan xəbər olmadı, elə bil bu adda adam yox idi. Amma Heydər Əliyev rəhmətə gedəndən sonra bu adam xortladı. İndi belə adamı neçənci dəfədir ki, bu adamı iqtidar deputat təyin edir. Bu ən azı rəhmətlik Heydər Əliyevin əziz xatirəsinə hörmətsizlikdir.

Tahir 2024-09-21 19:31:29

Bu adını alim, ziyalı qoyan arsız adam and içib ki, qəbrə birbaşa parlament kürsüsündən getməlidir. Bizim "alimlərimiz", "ziyalılarımızın" təfəkkürü budur. Sanki ictimai qınağa, tənələrə iradlara tüpürən bu Ziyad pampers geyib parlamentə getməsə Qanunlarımız qəbul olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol