Menu

Bayden yenə “yox” dedi - Ukrayna Britaniya raketlərindən də istifadə edə bilmir

23.09.2024, 09:26
Bayden yenə “yox” dedi - Ukrayna Britaniya raketlərindən də istifadə edə bilmir

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri başlayıb. O, xüsusilə də Ukraynanın “Qələbə planı”nı ABŞ siyasi rəhbərliyinə, eləcə də hər iki prezidentliyə namizədə təqdim etmək niyyətindədir. Plan Ukraynanın digər tərəfdaş ölkələrinin liderlərinə də göstəriləcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Prezident Zelenskinin səfəri öncəsi növbəti dəfə Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələ endirilməsinə icazə verilməsi məsələsinə toxunub. “İcazə verilirmi” sualına Bayden qısa olaraq “xeyr”, - deyə cavab verib. Beləliklə, bu barədə dərc edilən məlumatlara rəğmən, ABŞ hələlik Ukrayna üçün Qərb silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək qadağasını ləğv etməyib.

Qərb mətbuatının yazdığına görə, hazırda Britaniya Rusiyadakı hədəflərə qarşı Qərb raketlərinin istifadəsinə dair Amerikanın vetosunu ləğv etmək üçün Ukraynaya kömək göstərməyə çalışır. Ukrayna artıq Fransa-Britaniya istehsalı olan təxminən 300 kilometr mənzilli “Storm Shadow/SCALP” qanadlı raketləri ilə silahlanıb. Lakin bu raketlərin istifadəsi yalnız Amerika istiqamətləndirmə texnologiyaları sayəsində mümkün olduğundan, Kiyevin təkcə London və Parisin deyil, həm də Vaşinqtonun razılığına ehtiyacı var.

Beləliklə, ABŞ “ikibaşlı” siyasətini davam etdirir, Ukrayna isə hər gün çoxsaylı insan itkisi və ərazilərinin işğalı ilə üz-üzə qalmaqda davam edir...

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol