Menu

PARLAMENTDƏKİ BİTƏRƏFLƏRİN VİTSE-SPİKERİ MÜƏYYƏNLƏŞDİ - Spiker və müavinləri seçilir

23.09.2024, 09:28
PARLAMENTDƏKİ BİTƏRƏFLƏRİN VİTSE-SPİKERİ MÜƏYYƏNLƏŞDİ - Spiker və müavinləri seçilir

Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

APA-nın xəbərinə görə, parlamentdəki bitərəflərin bu gün keçirilən iclasında Musa Qasımlının namizədliyi dəstəklənib.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Şərhlər

Vüsal 2024-09-23 10:31:53

Bitərəf?Ha-ha-ha!Bu boyda oyunbazlıq olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol