Donetsk vilayətinin Konstantinovka kəndi yaxınlığında Rusiya qoşunları növbəti dəfə ağır itki veriblər.
“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 79-cu briqadasının yaydığı məlumata görə, ruslar briqadanın mövqelərinə qəfil hücum təşkil ediblər: “Düşmən gözlənilmədən əsgərlərimizin müdafiəsini yarmaq istəyib və bunun üçün piyadalarla birlikdə 6 tank və 14 zirehli texnikadan istifadə edib. Lakin düşmən qəfil hücumu uğurla həyata keçirə bilməyib… Artilleriya, hücum dronları, tank əleyhinə raket sistemləri, minalanmış sahələr – düşmən bir daha hiss etdi ki, nə qədər güclüyük”.
Döyüş zamanı rusların 2 PDM-inin, 3 tankının və xeyli canlı qüvvəsinin məhv edildiyi, qalanlarının isə qaçdığı qeyd edilir.
“AzPolitika.info”


Şərhlər