Menu

“Bu, ağılsızlıqdır!” - “O, üçüncü dünya müharibəsini dayandıra bilməyəcək”

23.09.2024, 10:38
“Bu, ağılsızlıqdır!” - “O, üçüncü dünya müharibəsini dayandıra bilməyəcək”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, dünya çox təhlükəli vəziyyətə düşüb və onun seçki yarışındakı rəqibi Kamala Harris üçüncü dünya müharibəsini dayandıra bilməyəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp öz sosial şəbəkə səhifəsində Harrisi bacarıqsızlıqda günahlandırıb: “Dünya indi çox təhlükəli bir yerdir. Kamala ən sadə suallara belə cavab verə bilmir. Bu, ağılsızlıqdır! Əgər o, bunu edə bilmirsə, üçüncü dünya müharibəsini bitirmək işində bizi necə təmsil edə bilər? Cavab sadədir: o, bunu edə bilməz”.

Xatırladaq ki, Tramp bundan əvvəl Demokratlar administrasiyasının ABŞ-ni üçüncü dünya müharibəsinə aparacağını dəfələrlə bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2024-09-23 11:16:28

3cü Dünya müharibəsini öz ölkəsinə sığmayan ABŞ inhisarı elə 1966cı ildən başldıb. *Qərb*ə *Rəqib* sayılan Kreml 1986cı ildən *demokrat-konsensus*la *Qərb*, *Avropa evi*nə Sosialist-iqtisadi və Həbi-Varşava birliklərini təslim etsələr də *qərb* gücünün şərq dünyasına müdaxilə və təcavüzləri kəsilmədi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol