Menu

Köçəryan və silahdaşları 10 nəfərin ölümündə ittiham edilir – Məhkəmə yenidən başladı

23.09.2024, 12:35
Köçəryan və silahdaşları 10 nəfərin ölümündə ittiham edilir – Məhkəmə yenidən başladı

Korrupsiyaya qarşı mübarizə məhkəməsində Ermənistanın ikinci Prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

“AzPolitika” xəbər verir ki, iclasa Köçəryan və vəkilləri qatılmayıb.

Bəraət hökmündən 3 il sonra Köçəryan və onun tabeliyində olmuş üç keçmiş yüksək rütbəli məmur - Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorqyan 2008-ci il martın 1-də baş vermiş cinayət işi üzrə yenidən məhkəmə qarşısında dayanırlar.

Kasasiya Məhkəməsi hələ qüvvəyə minməmiş bəraət hökmünü ləğv edib və işi yeni ekspertizanın keçirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib.

2018-ci il inqilabından sonra Köçəryan və digərləri seçkidən sonra 10 nəfərin həyatına son qoyan qanlı hadisələrdə konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham olunublar. Lakin onların vəkilləri ittihamların konstitusiyaya zidd olduğunu iddia etməyə davam ediblər. Konstitusiya Məhkəməsi də eyni nəticəyə gəlib, bundan sonra işi araşdıran hakim Anna Danibekyan təqsirləndirilən şəxslərin təqsirsizliyini sübuta yetirmədən, Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq onlara bəraət verib.

Həmin vaxt prokuror Gevorq Baqdasaryan bildirib ki, Köçəryanı ittiham edən maddə konstitusiyaya zidd elan edilsə belə, bu, 2008-ci ildə 10 nəfərin həyatına son qoyan hadisələrə görə keçmiş prezidentin məsuliyyətinin aradan qalxması demək deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol