Menu

Rusiya Donbassda yenə irəliləyib – Uqledarı mühasirəyə almağa çalışır

23.09.2024, 13:04
Rusiya Donbassda yenə irəliləyib – Uqledarı mühasirəyə almağa çalışır

Rusiya işğalçı qoşunları Donbassda hücum əməliyyatlarını davam etdirirlər və son 24 saat ərzində 7 yaşayış məntəqəsində, xüsusilə Uqledar yaxınlığında və Toretskdə irəliləməyə nail olublar.

“AzPolitika” xəbər verir ki, bu barədə “DeepState” analitik mərkəzi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, ruslar Nyu-York, Tsukurino, Qornyak, Vodyanoy, Uqledar, Preçistovka və Toretsk yaxınlığında irəliləyib. O cümlədən, Toretsk istiqamətində aviasiyanın dəstəyi ilə 9 hücum həyata keçirib.

Rusiya səylərini Daçnı, Toretsk və Şerbinovka qəsəbələrinin ərazilərində cəmləşdirib. Bundan əlavə, Nelipovka yaxınlığında hücum edib.

Kuraxovo istiqamətində isə Ukrayna qüvvələri Qornyak, Tsukurino, Jelannıy Vtoroy, Georgiyevka, Katerinivka və Konstantinovka ərazilərində müdafiəni saxlamaqda davam edir.

Vremov istiqamətində işğalçılar Uqledar yaxınlığındakı mövqelərə altı hücum həyata keçiriblər. “DeepState”-in məlumatına görə, rus qoşunları Uqledarı mühasirəyə almağa çalışır və son günlər bu istiqamətdə vəziyyət xeyli pisləşib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol