Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-ın vitse-prezidenti Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Trampı yeni debata dəvət edib.
Harris ikinci debatı oktyabrın 23-də CNN-də canlı yayımda keçirməyi təklif edir. Tramp və Harris arasında əvvəlki, ilk üz-üzə debat sentyabrın 10-da ABC telekanalında olub.
“Gəlin bir daha müzakirə edək. Danışacaq daha çox şey var. Amerika seçiciləri isə mühüm məsələlər, siyasətlə bağlı məzmunlu söhbətləri eşitməyə layiqdirlər. Planınız nədir? Mənim planım nədir? Seçki günündən əvvəl başqa bir debat keçirməliyik”, - Harris bildirib.
Lakin şənbə günü Şimali Karolinada keçirilən mitinqdə Tramp bildirib ki, bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Ona görə də başqa debat üçün çox gecdir.
“AzPolitika.info”


Şərhlər