Litva prezidenti Gitanas Nauseda hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Nauseda Nyu-Yorkdakı çıxışında Rusiaynın Ukraynaya qarşı təcavüzü “BMT-nin qlobal sülh və təhlükəsizliyi qorumaq qabiliyyətinə dair ciddi şübhələr yaradır”, -deyə bildirib: “Aydındır ki, Təhlükəsizlik Şurasının mühüm islahatlarına ehtiyac var, BMT təcavüzkarları dayandırmaq və cilovlamaq səlahiyyətini almalıdır”.
Nauseda vurğulayıb ki, ölkələr beynəlxalq nizam qaydalarına əsaslanaraq, Ukraynanı dəstəkləməlidirlər. Bundan əlavə, Litva Prezidenti beynəlxalq ictimaiyyəti Rusiyanın işğalçılıq müharibəsini davam etdirmək imkanlarını məhdudlaşdırmaq üçün daha çox səy göstərməyə çağırıb.

Xatırladaq ki, ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı olduğunu bəyan edib.
"Bu gün BMT Təhlükəsizlik Şurası əslində beş daimi üzvün əlində bir alətə çevrilib, digər xalqların isə mənafelərinə etinasız yanaşır. Artıq dünya II Dünya müharibəsindən sonrakı dünya deyil. Niyə BMT Təhlükəsizlik Şurasında 194 ölkənin hamısı əvəzlik prinsipi ilə daim təmsil olunmasın?
194 ölkədən 5-i bütün dünyanı mühakimə edə bilməz. Daimi və müvəqqəti üzvlüyə bölgü ləğv edilməlidir. Hər kontinentin müxtəlif dini inanclarından 20 qalıcı üzv və rotasiya olmalıdır. Yalnız bu zaman BMT ədalətli qərarlar verə biləcək.” - deyə, o, bildirib.
Finlandiya Prezidenti Alexander Stubb isə deyib ki, BMT Təhlükəsizlik Şurasında islahat aparılmalı, onun tərkibi genişləndirilməli, istənilən dövlət üçün veto hüququ ləğv edilməli və Rusiya kimi “qeyri-qanuni müharibə” aparan hər hansı üzv ölkə oradan çıxarılmalıdır.
“AzPolitika.info”


Şərhlər