Dünən 1 sentybarda keçirilmiş növbədənkənar seçkilərlə formalaşmış VII çağırş Milli Məclisin rəhəbərliyi formalaşıb.
“AzPolitika” xəbər verir ki, spiker Sahibə Qafqarova postunu qorusa da müavinləri yeni şəxslərdir, habelə parlament rəhbərliyində daha bir sədr müavini vəzifəsi yaradılıb.
Beləliklə, Yeni Azərbaycan Partiyası parlament sədrinin birinci müavini posuta Əli Əhmədovun, müavin vəifəsinə isə Ziyafət Əsgərovun namizədliyini irəli sürüb. Parlament müxalifətindən VHP üzvü Rəfael Hüseynov, bitərəflərin nümayəndəsi kimi Musa Qasımlı sədarətə qalxıb.
Milli Məclisə rəhbərlik edəcək heyət kifayət qədər parlament təcrübəsinə malikdirlər. Belə ki, spiker Sahibə Qafaqrova 4, birinci vitse-spiker Əli Əhmədov 4, Rəfail Hüseynov 6, Ziyafət Əsgərov 5, Musa Qasımlı isə 4-cü dəfə Milli Məclisin üzvü seçiliblər.
Onların arasında yaşca ən kiçik Ziyafət Əsgərovdur, onun 61 yaşı var. Musa Qasımlı 67, Rəfail Hüseynov 70, Əli Əhmədov 71, Sahibə Qafqarova isə 69 yaşındadır.
Beləliklə, VI-cı çağırış parlamentin sadərəti ilə müqaysidə yeni rəhbərlik bir qədər “yaşlanıb”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Yaşlısı da cavanı rus demiş odin........ Hakimiyətin dediklərin təsdiqləmək üçün təyin olunublar. Xalqımızın xeyrinə heç nə deyəsi deyillər. Erməni Gürcü parlamentində həmişə spor dava. Bizimkilər isə ancaq .....deyirlər
"Yalan ayaq tutar,yeriməz","Haqq incələr,üzülməz" və sair bu tipli atalar sözləri bizim cəmiyyətdə çoxdan funksiyasını itirib deyə biz daha unutmuşuq ki "Atalar sözü" deyə bir şey vardı bir vaxtlar.Ona görədir ki daha heç buna da inanmırıq ki,"Ağıl yaşda deyil,başdadı".Çünki hesab edirik ki yaşı varsa başı da var.Yaşlı məmur öz cavanəzən katibəsinin əndamını qucaqlasa da,yaşlı xalq artisti Raskolnikov kimi baltayla hoqqabazlıq eləsə də başları var yəni.
nə yaşlısı nə də cavanı millət üçün hüç nə edəsi deyil. Onlar otada hə demək üçün təyin olunublar
Milli məclis yox milli Teatr