Menu

“İsrail “Hizbullah”I 20 il geri atdı” - “İran bu halda hərəkətə keçəcək”

24.09.2024, 13:38
“İsrail “Hizbullah”I 20 il geri atdı” - “İran bu halda hərəkətə keçəcək”

İsrailin son bir həftə ərzindəki hərəkətləri “Hizbullah”ı 20 il geri atıb.

"AzPolitika" xəbər verir ki, CNN-in yadığı məlumatda belə deyilir. 

CNN-ə danışan İsrail rəsmisinin dediyinə görə, İsrail “Hizbullah”ı “ciddi şəkildə zəiflədib". 

Belə ki, son günlərdə təşkilatın bir neçə yüksək səviyyəli komandirini öldürüb və “Hizbullah”ın komanda strukturuna əhəmiyyətli dərəcədə təsir edib.

CNN-in mənbələri onu da qeyd ediblər ki, hazırda ən böyük narahatlıq baş verənlərə İranın mümkün müdaxiləsidir. Rəsmilərdən biri əlavə edib ki, Tehran hələ münaqişəyə müdaxilə etməyib, lakin özünün “ən güclü proksi qüvvəsini”(“Hizbullah”ı-red.) itirmək təhlükəsi yaranarsa, hərəkətə keçəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol