Menu

“Ukraynanın bir hissəsi müvəqqəti Rusiyanın işğalında qalacaq” - Petr Pavel

24.09.2024, 13:44
“Ukraynanın bir hissəsi müvəqqəti Rusiyanın işğalında qalacaq” - Petr Pavel

Çexiya prezidenti Petr Pavel hesab edir ki, Ukraynadakı müharibə rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması ilə bitməyəcək və Kiyev bunu qəbul etməlidir.

“AzPolitika” xəbər verir ki, Pavel “The New York Times” qəzetinə müsahibəsində artıq Qərbin də üçüncü ildir davam edən münaqişədən yorulduğunu deyib: "Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında qalması olacaq". O, əlavə edib ki, belə bir “müvəqqəti hal” illərlə davam edə bilər və Avropada artıq bir sıra buna bənzər nümunələr var.

Çexiya Prezidentinin sözlərinə görə, tərəflərdən heç biri qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcək: “Ukraynanın məğlubiyyətindən və ya Rusiyanın məğlubiyyətindən danışırıqsa, bu, sadəcə olaraq baş verməyəcək, bunların ortasında bir nəticə olacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol